27 Sentyabr 2024 03:23

44 günlük Vətən müharibəsinin xronikası: 27 sentyabr

Azadsöz.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin sentyabrın 27-nə olan xronikasını təqdim edir:

– Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutduğunu açıqladı;

– Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı;

– Ordumuzun bir döyüş helikopteri zədələndi, helikopter öz ərazimizə endirildi;

– Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi;

– Müdafiə Nazirliyi işğal altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparıldığını açıqladı;

– Ombudsman Ermənistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına etiraz olaraq bəyanat yaydı;

– Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı;

– Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi;

– Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı;

– Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi;

– Zakir Həsənov düşmənin ön xəttinin yarıldığını, 7 kəndin işğaldan azad olunduğunu açıqladı;

– Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilmə görüntülərini yaydı;

– Baş Prokurorluq mülki əhalidən yaralananların sayının 14-ə çatdığını açıqlayıb;

– Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışdı;

– Müdafiə Nazirliyi Ağdərə yaşayış məntəqəsində yerləşən erməni qarnizonuna təslim olmağı təklif etdi;

– Müdafiə Nazirliyi düşmənin zirehli texnikasını döyüş meydanında ataraq qaçdığını nümayiş etdirdi;

– Murov dağı silsiləsindəki Murov zirvəsi azad olundu;

– Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzaladı;

– Müdafiə Nazirliyi Ermənistan ordusuna məxsus silah-sursat anbarının məhv edilməsinin görüntüsünü yayıb;

grandpashabet alefbahis