25 Sentyabr 2024 19:21

“Bayraktar Akıncı” zərbə PUA-sı ADEX sərgisində nümayiş etdirilir

Azadsöz.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir.

Sərgidə Azərbaycanla yanaşı bir çox ölkənin bir sıra məhsullar nümayiş etdirilir.

Nümayiş etdirilən məhsullardan biri də Türkiyənin “Baykar Teknoloji” şirkəti tərəfindən hazırlanan “Bayraktar Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatıdır (PUA).

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

grandpashabet alefbahis