27 Sentyabr 2024 03:26

Göyçayda “27 sentyabr Anım günü” ilə bağlı hazırlıq işləri görülüb-FOTOLAR

Azadsöz.az xəbər verir ki, sabah saat 11:00-da Göyçay Şəhidlər  Xiyabanında 44 günlük  Vətən Müharibəsində qəhrəmancasına döyüşərək,  canlarını fəda etmiş  şəhidlərimizə dərin ehtiram əlaməti olaraq  27 Sentyabr “Anım Günü”nə həsr olunmuş tədbir keçiriləcək.

 Anım Günü münasibətilə rayonun  Heydər  Əliyev  prospekti daxil olmaqla  bir sıra küçələrdə binaların fəsadlarına və eyvanlarına Azərbaycanın dövlət bayrağı asılıb.

Bununla  yanaşı   Göyçay Şəhidlər Xiyabanının ərazisi süpürülərək  təmizlənib.Məzarların, ziyarətgah məşəlinin  üstü  və  mərmər döşəmələr  yuyulub, Azərbaycanın və Türkiyənin dövlət bayraqları xiyabanın giriş hissəsinə asılıb.

Səbuhi  Eltonlu

 

 

 

grandpashabet alefbahis