Azadsöz.az xəbər verir ki, 24 və 25 sentyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin işçi kollektivi tərəfindən rayonun Heydər Əliyev prospektində təmizlik və səliqə-sahman işi aparılıb.
Qeyd olunan prospektdə əkilmiş ağaclar və əkilən müxtəlif növ dekorativ güllər suvarılıb və aqrotexniki qulluq olunub.
Bununla yanaşı qurumuş ọt örtüyü biçilib, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin kənarları süpürülüb və su maşını vasitəsilə yol yuyulub.
Qeyd edək ki, Şəhər Təsərrüfatı Birliyi tərəfindən mütamadi olaraq qrafikə uyğùn rayonda təmizlik və abadlıq işləri aparılır.