22 Noyabr 2024 11:07

Bakıda İqlim Fəaliyyəti Həftəsi keçiriləcək

Azadsöz.az xəbər verir ki,   Bakıda 30 sentyabr-4 oktyabr tarixləri arasında Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçiriləcək.

Bu tədbir beynəlxalq ictimaiyyətin noyabrda Bakıda keçiriləcək COP29-a hazırlaşdığı bir vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.

Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən, vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

İstanbul trv istanbul travestileri