23 Noyabr 2024 15:26

“Vətən məni çağırır” adlı tədbir keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Göyçay Tarix-Diyarşünaslıq Muzeyində 26 sentyabr 2024-cü il tarixdə 44 günlük Vətən müharibəsinin başlanmasının dördüncü ildönümünə həsr edilmiş “Vətən məni çağırır”adlı vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə 44 günlük Vətən mühaibəsi şəhidi Şəmistan İlyas oğlu Əzizovun anası  -Əminə ana, şəhid Kənan Elxan oğlu Ömərlinin anası -Məhluqə ana, şəhid İntiqam Bəxtiyar oğlu Şirəliyevin anası -Almaz ana, şəhid Toğrul Siyavşah oğlu Hacıyevin anası Reyhan ana,Göyçay Mərkəz Məscidin icma sədri Hacı Müşfiq Əsgərov,Məzunlar Birliyinin sədr müavini ,Göyçay şəhər Məhəmməd Fizuli adına 6 saylı tam orta məktəbin tarix müəllimi Tərlan Qarayev, Azadsöz.az saytının müxbiri -Göyçay FM radiosunun redaktoru  Gülşən Muradova, Göyçay Mədəniyyət mərkəzinin işçiləri,Göyçay Peşə Liseyinin tələbələri,M.Fizuli adına 6 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
Tədbirdə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş,uca məqamlı şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhid anaları adından şəhid Kənan Ömərlinin anası Göyçay peşə liseyinin müəlliməsi Məhluqə xanım danışaraq,bu gün bizim başımızı uca edən oğullarımızın yeri Allah qatında ,bayrağımızın üzərində,azad olmuş bütün torpaqlarımızda,tarix səhifələrində,bir sözlə,hər bir azərbaycanlının ürəyinin başındadır,deyərək təskinlik tapdığını bildirmişdir.Laləsiz çəmən olmaz,Şəhidsiz Vətən olmaz !
Tədbirdə şəhid T.Hacıyevin qızı Ləman Hacılı və tələbələr, şagirdlər Vətən və şəhidlərimizə həsr olunmuş şeirlər söyləmişdir.
Ankara escort İstanbul Travesti Shemale İstanbul