Azadsöz.az xəbər verir ki, 27 sentyabr tarixində saat 11:00-da Göyçay Şəhidlər Xiyabanında 27 Sentyabr “Anım Günü”nə həsr olunmuş tədbir keçiriləcək.
Mərasimdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin üzvlərinin, qazilər, müharibə veteranlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Respublikanın hər yerində olduğu kimi Göyçayda sabah saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılacaq.
Səbuhi Eltonlu