25 Sentyabr 2024 20:21

Azərbaycan ordusu dünəndən bu günə (FOTO/VİDEO)

Azadsöz.az xəbər verir ki, Azərbaycan Ordusunun 1918-ci ildən bu günə qədər olan hərbi formaları nümayiş olunub.

Formalar Bakı Ekspo Mərkəzində ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təqdim edilib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

1918-ci ildən bu günə qədər olan hərbi formaların görüntülərini təqdim edirik :

grandpashabet alefbahis