25 Sentyabr 2024 19:21

İki mindən çox müəllim sertifikasiyanın müsahibə mərhələsində uğur qazanıb

Azadsöz.az xəbər verir ki, Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabrda təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən 2 370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.
grandpashabet alefbahis