Azadsöz.az xəbər verir ki, 2024-cü ilin avqust ayında ailə başçısını itirməyə görə 191 176 nəfərə pensiya və müavinət ödənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, onlardan 136 873 nəfəri pensiya, 54 303 nəfəri isə müavinət alıb.
Xatırladaq ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, sentyabrın 20-si isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.