05 May 2024 12:14

Fərqliliyimiz Uğurumuzdur

Növbəti “Səyyar qəbul otağı” Yekəxana kəndində quruldu-FOTO

Azadsöz.az xəbər verir ki, 14 aprel  2023-cü il tarixdə Göyçay rayon İcra  Hakimiyyətinin  başçısı Natiq  Ağayev Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Yekəxana kəndində növbəti  səyyar  qəbul  keçirdi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri çıxış edərək  Yekəxana   kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən,  görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.

Daha sonra  Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Nicat  Mahmudov  kənd haqqında icra başçısına, görüş iştirakçılarına ətraflı məlumat  verib.

Görüşdə kənd sakinləri  istifadə  müddətini  başa  vurmuş rabitə və elektrik xətlərinin  yenisi  ilə  əvəz  olunması, kənd  yoluna  asfalt örtüyünün döşənməsi , sosial  iş  və  digər  məsələlərlə  bağlı  rəy və təkliflərini veriblər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.


Vətəndaşlarla növbəti səyyar qəbul keçirildi

Vətəndaşlarla növbəti səyyar qəbul keçirildi

Vətəndaşlarla növbəti səyyar qəbul keçirildi

Vətəndaşlarla növbəti səyyar qəbul keçirildi