08 Sentyabr 2024 03:35

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Azadsöz.az  xəbər  verir  ki,  “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə ADY QSC-i məlumat  yayıb.

Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 29-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyulun 30-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.