05 May 2024 12:10

Fərqliliyimiz Uğurumuzdur

Prezidentin yeni təyin etdiyi kənd təsərrüfatı naziri kimdir? – DOSYE

Azadsöz.az xəbər verir ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

Məcnun Qadir oğlu Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra o, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.

Yeni təyinata qədər o, “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

Məcnun Məmmədov həm də “PASHA Holding” MMC-nin tərkibinə daxil olan bir neçə şirkətə rəhbərlik edib.