22 Noyabr 2024 23:18

Hansı sular “ölümə çağırır”? – Boğulmamaq üçün nə edək?

Azadsöz.az  xəbər  verir  ki, çimərlik mövsümü başlayandan dənizdə boğulma hadisələrinin ardı-arası kəsilmir. Hər ötən il bu say getdikcə artır. TƏBİB-in yaydığı məlumata əsasən, 2024-cü ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Qeyd edilib ki, onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb. Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili  sorğusuya cavab olaraq bildirib ki, cari ildə 84 nəfər çiməlik mövsümündə olmaqla, yəni iyun ayının 15-dən bugünədək, ümumilikdə isə 94 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

“Vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə üçün texnika və vasitələr mövcud deyilsə, bu, həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir.

Son günlər, xüsusən də bölgələrimizdə bəzən suda boğulma hadisələri qeyd alınır. Bu, əsasən, çimərlik kimi qeydə alınmayan suvarma kanallarında, çaylarda, göllərdə olur. Bildiririk ki, bu hövzələr mürəkkəb relyefə, sürətli axına, məhdud görüntüyə malikdir. Bunlardan istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Xüsusən valideynlər diqqətli olsunlar, uşaq və yeniyetmələrin bu kimi su hövzələrindən istifadəsinə imkan yaratmasınlar. Çimərliklərdə xoş istirahat üçün hava şəraiti və günün saatlarını düzgün müəyyənləşdirmək də olduqca vacibdir.

Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. Hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Yadda saxlamaq lazımdır ki, 13 yaşınadək uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır və çimərliklərdə təhlükəsiz istirahət saat 09:00-dan axşam 20:00-a qədərdir”, – deyə o bildirib.

 

Bəs hər il artan statistikanın səbəbi nələrdir? Boğulma hallarının qarşısı necə alına bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev qeyd edib ki, çimərliklərdən istifadə zamanı insanlar şəxsi təhlükəsizlik qaydalarına riayət etməlidir.

“Çimərliklərdə qadağan olunmuş ərazilərdən istifadə etmək, su axınlarında sahildən 20 metrdən artıq məsafədə uzaqlaşmaq, xəbərdarlıq nişanlarının üstünə çıxaraq, suya tullanmaq, suda kobud hərəkətlərə yol vermək qadağandır. Çimərlikdən istifadə zamanı uşaqlar valideyn nəzarətində olmalıdır. Burada baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün qadağan olunmuş hissələrdə baş verir. Xəbərdarlıqların qeyd olunmasına baxmayaraq, hələ də insanlar qadağan olunan hissələrdən istifadə edir. Bu cür yerlərdə boğulma halları baş verərsə, orada daimi xilasetmə olmadığındandır.

Bir sıra ölkələrdə qadağan olunan çimərliklərdən istifadə ilə bağlı inzibati qaydada cərimə sistemi mövcuddur. Demək olmaz ki, bu effektiv nəticə verir, lakin bu kimi hadisələrin azalmasına müəyyən qədər təsir edir.

Düşünürəm ki, maarifləndirici tədbirlərin yetəri qədər nəticə vermədiyini nəzərə alsaq, inzibati qaydada tədbirlərin görülməsi effektiv nəticə verə bilər. Ona görə də bu məsələ ilə bağlı prosedurlar və qaydalar hazırlanmalıdır”, – deyə o bildirib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul