Azadsöz.az xəbər verir ki, Azərbaycanda zəlzələ olub.
Bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.
Təkanlar hiss olunmayıb.