08 Sentyabr 2024 03:19

Tanınmış xanəndəyə Qarabağ Universitetində vəzifə verildi

Azadsöz.az  xəbər  verir  ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.

Səbuhi İbayev bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb.

Bu təyinatadək Səbuhi İbayev Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev həmçinin Prezident mükafatçısıdır.