Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbul keçirilir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 30 avqust 2024-cü il tarixində Ağdaş rayonunda Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.
Əlaqə nömrəsi: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az