Azadsöz.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo turnirinin püşkü atılıb.
Yarışda iştirak edəcək Azərbaycan idmançılarının da rəqibləri bəlli olub.
Millimiz yarışda 7 kişi və 2 qadın cüdoçu ilə mübarizə aparacaq. Paris tatamisində yarışlara iyulun 27-də start veriləcək.
İdmançılarımızdan dördü püşkatmada səpələnmişlər sırasında olub. Bunlar Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyevdir (100 kq). Onlardan üçü isə Ağayev, Heydərov və Kotsoyev yarışa 1/8 finaldan başlayacaq.
Kişilər
27 iyul, 60 kq
Balabəy Ağayev – Simon Zulu (Zambiya)/Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi
28 iyul, 66 kq
Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya)
29 iyul, 73 kq
Hidayət Heydərov – Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi
30 iyul, 81 kq
Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi
31 iyul, 90 kq
Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)
1 avqust, 100 kq
Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa)/ Tomas Briçeno (Çili) cütünün qalibi
2 avqust
Uşanqi Kokauri – Rafael Silva (Braziliya)
Qadınlar
27 iyul, 48 kq
Leyla Əliyeva – Xalimajon Kurbanova (Özbəkistan)
28 iyul, 52 kq
Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)
Qeyd edək ki, Paris-2024-ün cüdo turnirində 122 ölkədən 378 idmançı mübarizə aparacaq.