21 May 2024 23:41

Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirdi-FOTO

Azadsöz.az xəbər verir ki, 28 mart  2023-cü il tarixdə  vətəndaşların qəbulu qrafikinə uyğun olaraq  Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin sədrliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbulda  rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, başçının müavinləri, aparatın şöbə müdirləri, rayon Polis Şöbəsinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilibdir.

Qeyd  edək ki, ümumilikdə qəbul zamanı 60-a  yaxın rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilibdir.