27 İyul 2024 04:56

Bayram günlərində Göyçay Təcili Tibbi Yardım şöbəsinə daxil olan müraciətlərin sayı AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, Novruz bayramı ilə  əlaqədar  qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsi, eyni zamanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

Göyçay Təcili Tibbi Yardım şöbəsinin   “103” Çağrı mərkəzində məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Gücləndirilmiş iş rejimində xidmət göstərən Göyçay  Təcili Tibbi Yardım Şöbəsinə bayram  günlərində  700-ə yaxın müraciət daxil olub.

Təcili tibbi yardım xidməti 236 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar, eyni zamanda bayram günlərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.