Azadsöz.az xəbər verir ki, dünən gecə saatlarından əsməyə başlayan güclü külək Göyçay rayonunda bir sıra fəsadlar törədib.
Güclü külək rayonun Atatürk, Füzuli, Rauf İsayev və digər küçələrinə, Heydər Əliyev prospektinə ziyan vurub.
Belə ki, küləyə tab gətirməyən ağaclar qeyd olunan ərazilərdə olan maşının, fərdi yaşayış evinin, yarımtikili obyektin və “Lepka” sexinin üzərinə aşıb.
Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir şöbəsinin işçi kollektivi və texnikası cəlb olunub, ağaclar hissələrə doğranaraq ərazilərdən götürülüb.
Bildirək ki, güclü külək nəticəsində rayonun bir çox hissəsində də elektrik enerjisinin verilişində fasilələr yaranıb.