27 İyul 2024 08:30

Göyçayda ağac maşının üstünə aşdı-FOTOLAR

Azadsöz.az xəbər verir ki, dünən gecə  Göyçayda  əsən güclü külək nəticəsində  ağac avtomobilin üstünə aşıb.

Hadisə  rayonun Rauf İsayev küçəsində  yerləşən  çoxmənzilli yaşayış binasının həyətində  baş  verib.

Belə ki,  ağac yaşayış binasının həyətində saxlanılan,  bina sakininə  məxsus  “Lada 099”  markalı 10 KT 379 nömrəli avtomobilin üzərinə düşüb.Nəticədə maşına ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

Qeyd edək ki, maşının üzərinə düşən ağac  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Abadlaşdırma Təmir  şöbəsinin  işçi  kollektivi tərəfindən  hissələrə doğranaraq ərazidən götürülüb.