Azadsöz.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru vəzifəsindən azad edilib.
Nazirliyin digər əmri ilə Nərmin Xəlilova Bakı şəhəri Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nərmin Xəlilovanın yerinə hələ ki, təyinat yoxdur.
Xatırladaq ki, polkovnik-leytenant Vidadi Xəlilov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub.
Bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, polkovnik-leytenant Vidadi Xəlilov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medallarla təltif edilib.