Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik şöbəsinin işçi heyyəti növbəti təmizlik işlərini rayonun Heydər Əliyev prospektində aparıb.
Sanitar-Təmizlik şöbəsinin işçi briqadası tərəfindən prospekt qurumuş xəzəl yarpaqlarından, məişət tullantılarından, daş və digər tullantı parçalarından, plastik qablardan, polietilen torbalardan təmizlənib və təmizlik maşınına yığılaraq ərazidən daşınıb.Bununla yanaşı qurumuş ot örtüyü biçilərək səhmana salınıb.
Daha sonra xüsusi texnika cəlb olunaraq texnikanın köməyi ilə təmizlənmiş ərazi yenidən təmizlənib, torpaq sahəsi hamarlanıb.
Bildirək ki, ekoloji tarazlığın qorunması, eyni zamanda təbiətə qayğı hissinin güclənməsi baxımından Sanitar-Təmizlik şöbəsi tərəfindən təmizlik işləri gündəlik olaraq aparılır.