Azadsöz.az xəbər verir ki, Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək.
Bu barədə məlumatı “The Economic Times” qəzeti yayıb.
Məlumata görə, sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.
Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Bildirilir ki, bu müqavilə ilə Hindistan “Pinaka” sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satacaq.