27 İyul 2024 11:01

Tomaş Vatslik “Qarabağ”a qarşı oynamayacaq

Azadsöz az” sport24.gr saytına istinadən xəbər verir ki, Olimpiakos”un əsas qapıçısı Tomaş Vatslik Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la hər iki oyununu buraxacaq.

Çexiya millisinin üzvü 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yığmanın heyətində Millətlər Liqasının son turunda İsveçrə ilə oyunda çiynindən zədə alıb.