13 Oktyabr 2024 17:40

“Səslənən bəyanatlar Azərbaycan dövlətinin qüdrətinin ifadəsidir”: Sahib Şükürov

Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli səhifələrindən birini yaşayır. Zəfər salnaməmizə çevrilmiş 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının qürur mənbəyidir. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının Azərbaycanın vaxtı ilə işğal altında olan torpaqlarında bizə qarşı törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Ordumuz əks-hücum əməliyyatlarına başladı. Nəticədə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, qəhrəman əsgərlərimizin fədakarlığı və şücaəti, Prezident-Ordu-Xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu və düşmənə “dəmir yumruq”la sarsıdıcı zərbə endirildi. Bununla da Azərbaycan tarixinin ən şərəfli və ən qürurlu səhifəsi yazıldı. Bu şanlı tarixin əbədiyaşar qəhrəmanların xatirəsi isə qəlbimizdə əbədi olaraq qalacaqdır və əbədi olaraq bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim iftixarla yad edəcəkdir. 27 sentyabr-Anım Gününün ikinci ildönümü respublikamızda böyük qürur və ehtiramla qeyd edildi. Ötən il izdihamlı ümumxalq yürüşünün önündə olan cənab prezident bu il də bu qürurlu tarixi gündə işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdi. Ölkə başçısının işğaldan azad olunan bölgələrə hər səfəri bu ərazilərin inkişafı, yenidənqurulmasına yönələn tarixi əhəmiyyətli layihələrlə yadda qalır. Bu baxımdan bu səfər də bir sıra mühüm məqamlarla diqqəti çəkdi. Prezidentin Füzuli səfərində önəmli məqamlardan biri də onun çıxışında verdiyi mesajlar, səsləndirdiyi qətiyyətli fikirlər oldu. Bu baxımdan Zəfər savaşına başlamasının ikinci ildönümündə ölkə başçısının Ali Baş Komandan kimi Füzuli rayonunda səsləndirdiyi qətiyyətli bəyanatlar bir daha Azərbaycan dövlətinin qüdrətinin ifadəsidir. Prezidentin ərazi bütövlüyümüzün bərpasının qətiyyətli bir hadisə olmasının və bundan sonra istənilən xarici təhdidə qarşı ölkəmizin öz suverenliyini qorumaq gücünü ifadə etməsi xüsusi bir məqamdır. Prezident hər çıxışında ərazilərimizin işğaldan azad olunmasında ordumuzun qəhrəmanlığını önə çəkməklə yanaşı, bu bölgələrdə abadlıq-quruculuq işlərinin görülməsini vurğulayır. Bu gün Füzulidə və digər bölgələrdə aparılan geniş quruculuq işləri cənab prezidentin bu mesajlarının arxasında həm də real iş durduğunu əyani olaraq təsdiqləyir.

Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məhz belə bir gündə Füzuli rayonuna tarixi səfəri, Qaraxanbəyli kəndində 27 Sentyabr Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etməsi dövlətimizin ən müqəddəs amal uğrunda canını bu torpağın, bu vətənin bütövləşməsinə qurban vermiş qəhrəman övladlarımızın ruhuna olan doğma münasibətin göstərici idi.

Cənab Prezidentin çıxışı zamanı səsləndirdiyi haqlı fikirlərə uyğun olaraq biz döyüş meydanında şərəflə, ləyaqətlə mübarizə apararaq haqqımızı, tarixi ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan təmizlədik, müzəffər xalq kimi, qalib ölkə kimi tarixə əbədi adımızı yazdıq.

Bu Vətən bizlərə şəhid qardaşlarımızdan, qazilərimizdən əmanətdir. Bir sözlə, bu Vətən hamımızındır. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Bu gün milli həmrəylik Azərbaycan xalqının başlıca olaraq təbii güc mənbəyidir. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim dövlətimizin müstəqilliyinin keşiyində duracaqdır. Necə ki, şəhidlərimiz, qazilərimiz söz verdi canları ilə, qanları ilə torpaqlarımızın azad olunmasında, ərazi bütövlüyümüzün təmin olunmasında böyük rəşadət göstərdilər. . Bu gün bizi də heç kim bu müqəddəs, haqq yolundan döndərəbilməz. Çünki, bütün təhdidlər ölkəmizin qüdrəti, hərbi gücü qarşısında acizdir. Eyni zamanda qüdrətimiz müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Beləliklə, Prezident İlham Əliyevin Füzuli rayonuna tarixi səfəri və səfər zamanı verdiyi önəmli mesajlar, güclü liderimizin simasında Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəsinin növbəti əzəmətinin nümayişi kimi yadda qaldı.Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən surətli- bərpa quruculuq işləri Azərbaycan dövlətinin qüdrətinin və ölkə başısı, cənab prezident İlham Əliyevin iradəsinin göstəricisidir.

 

grandpashabet alefbahis istanbul travesti