18 May 2024 07:30

Türkiyə millisi bu gün Bakıda ilk oyuna çıxır – Avro-2020

Azadsöz.az  xəbər  verir  ki, bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci tura start veriləcək.6-cı oyun günündə 3 matç keçiriləcək.

B qrupunda Finlandiya Rusiya ilə üz-üzə gələcək. Digər iki matç isə A qrupunda keçiriləcək. Türkiyə yığması Bakıda Uelslə qarşılaşacaq. Bu, qardaş ölkə komandasının Balıdakı ilk matçı olacaq. Bakı Olimpiya Stadionu isə turnirdə ikinci matçı qəbul edəcək. 

Günün son oyununda isə İtaliya Romada İsveçrə ilə qarşılaşacaq. İtaliyanlar 1/8 finala ilk vəsiqənin sahibi ola bilər. Bunun üçün Roberto Mançininin komandası qalib gəlməlidir.

16 iyun

B qrupu

17:00. Finlandiya – Rusiya
Baş hakim: Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

A qrupu

20:00. Türkiyə – Uels
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

23:00. İtaliya – İsveçrə
Baş hakim
: Sergey Karasyov (Rusiya)

Roma. Olimpiya Stadionu