Azadsöz.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinə sədr təyin edilib. Təyinatla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Agentlikdə sözügedən vəzifəyə Saməddin Əsədov təyinat alıb.
Qeyd edək ki, S. Əsədov bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Kosmik Agentlik dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə “Azərkosmos”un bazasında yaradılıb.