Azadsöz.az xəbər verir ki, bu gün Planeta şirkətinin təsisçisi və direktoru bununla yanaşı Bioloji Təbabət Klinikasının təsisçisi Yaqubov Elxan Ənvər oğlunun doğum günüdür.Elxan Yaqubov 1968-ci il iyunun 16-da Göyçay rayonunun Qaraxıdırlı kəndində anadan olub. 1985-ci ildə Qaraxıdır kənd orta məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirib.
Elxan Yaqubov Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun dissertantıdır.1997-ci ildən “Planeta” şirkətinin təsisçisi və direktorudur.2001-ci ildə dünya üzrə mərkəzi Almaniyada yerləşən bioloji təbabətlə müalicə metodunu (Bioloji Tənzimləyici Təbabət) Azərbaycana gətirib və fəaliyyətə başlayıb. Bioloji Tənzimləyici Təbabət metodları ilə müalicə edən bütün ixtisaslar üzrə həkimləri tam hazırladıqdan sonra 2009-cu ilin fevralından Bioloji Təbabət Klinikasını təsis edib.
Elxan Yaqubov həmçinin yaradıcılıqla və tarixi araşdırmalarla da məşğuldur. O, 2007-ci ildə Prezident İlham Əliyevin həyatından bəhs edən “Hər bir azərbaycanlının prezidenti”, 2012-ci ildə tariximizlə bağlı “Qara xaç yürüşü”, 2014-cü ildə isə Xocalı faciəsi haqda “Torpaq qan ağlayır” kitablarını çap etdirib.
Elxan Yaqubov ailəlidir,üç övladı -(iki oğlan,bir qız) var.
Azadsöz.az olaraq, Elxan Yaqubovu ad günü münasibətilə təbrik edirik.Şərəfli və məsuliyyətli işində uğurlar arzu edirik.