Azadsöz.az xəbər verir ki, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 7-si saat 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.