06 Oktyabr 2024 16:31

𝐆𝐨̈𝐲𝐜̧𝐚𝐲𝐝𝐚 “𝟓 𝐨𝐤𝐭𝐲𝐚𝐛𝐫 – 𝐁𝐞𝐲𝐧ə𝐥𝐱𝐚𝐥𝐪 𝐌𝐮̈ə𝐥𝐥𝐢𝐦𝐥ə𝐫 𝐆𝐮̈𝐧𝐮̈” 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐢 𝐢𝐥ə 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛-FOTO

Azadsöz.az xəbər verir ki, 05 oktyabr 2024-cü il tarixdə “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon təhsil sektorunun müdiri və rayonun ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış edərək “05 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Z.Zeynalova bildirib ki, rayonumuzda müəllim adını şərəf və ləyaqətlə daşıyanlar çoxdur. Onlardan bir neçəsi müxtəlif illərdə “Əməkdar müəllim” adına layiq görülmüş, “Tərəqqi” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)”
Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişlər.
Tədbirdə çıxış edən respublikanın əməkdar müəllimi Adil Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon təhsil sektorunun müdiri Rauf Məmmədov, şəhər 7 nömrəli tam orta məktəbin müəllimi, Vətən müharibəsi şəhidinin anası Tahirə Əliyeva, rayonun Yeniarx kənd tam orta məktəbin direktoru, Vətən müharibəsi iştirakçısı Ayaz Babayev və şəhər 5 nömrəli tam orta məktəbin müəllimi İlahə Aslanova ölkədə təhsilin inkişafına göstərilən dövlət dəstəyindən, Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinin ən şərəfli peşə hesab etməsindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan və bu islahatların Azərbaycan təhsilinə qazandırdığı uğurlardan geniş və ətraflı fikirlər söyləyiblər.
Sonda rayonun təhsil sahəsində səmərəli fəaliyyət göstərməsi, rayonda keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştiraklarına görə müəllimlərə hədiyyələr və bir qrup müəllimə isə Təşəkkürnamələr təqdim edilib.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

grandpashabet alefbahis istanbul travesti