08 İyul 2024 20:23

Ağalı kənd məktəbinin direktoru işdən çıxarıldı

Azadsöz.az xəbər verir ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.

O, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub. (report)