Azadsöz.az xəbər verir ki, sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Havanın temperaturu gecə 11-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.