Azadsöz.az xəbər verir ki, 2023-cü il 13 sentyabr tarixində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin müvafiq əmri ilə rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Nizami Ağaəli oğlu vəzifəsindən azad edilib.
****
Bununla yanaşı 2024-cü il 17 aprel tarixində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin müvafiq əmrinə əsasən, rayon İcra Hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurbanov Elgünəş Ağabala oğlu vəzifəsindən azad edilib.
****
Kənd üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsi olmayan kəndlərdən biridə rayonun Çərəkə kənddidir.Belə ki, 2024-cü il 25 iyul tarixində rayon İcra Hakimiyyəti başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adıgözəlov Tehran Rizvan oğlunun vəfat etməsilə əlaqədar sözügedən kəndin nümayəndəlik postu boşdur.
****
Nümayəndəsi olmayan kəndlərdən biri də rayonun Ləkçılpaq kəndidir. Belə ki, 30 sentyabr 2024-cü il tarixində Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin əmrinə uyğun olaraq Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyev çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salındığı üçün onun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, qeyd olunan kəndlərin inzibati ərazi dairəsi üzrə nümayəndəliklər vəzifəsi rayon icra hakimiyyətinin rəsmi saytında vakant kimi göstərilib.
Səbuhi Eltonlu