06 Oktyabr 2024 14:20

Lənkəranda qəza baş verib, ölən və yaralananlar var – FOTO

Azadsöz.az xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəklərinə, qaz xəttinə, sonra da həyətyanı hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən ölüb.

Belə ki, 4 nəfər – 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri sözügedən şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

grandpashabet alefbahis istanbul travesti