Azadsöz.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.
Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb.
Qeyd edək ki, Elçin İslamov Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu olub, ailəli idi.
Faktla bağlı araşdırma aparılır.