06 Oktyabr 2024 12:27

Mürsəl İbrahimov Ağdaşda vətəndaşları qəbul edəcək

Azadsöz.az xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 25 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ağdaş, Mingəçevir, Yevlax, Göyçay, Ucar, Zərdab, Kürdəmir şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Qəbula yazılmaq istəyən vətəndaşların 18 oktyabr 2024-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

grandpashabet alefbahis istanbul travesti