27 İyul 2024 04:00

Göyçayda poliqon ərazisində təmizlik işləri davam etdirilir-FOTO/VİDEO (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, 21 may tarixindən başlayaraq  Göyçay rayonunun  Qarabaqqal  kənd  ərazində  yerləşən məişət tullantılarının toplandığı poliqonda görülən  təmizlik  işləri Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Sanitar-Təmizlik  Sahəsi tərəfindən bu gündə davam  etdirilir.

Bildirək ki, ötən həftə ərzində davamlı olaraq yağan güclü leysan yağışları nəticəsində  sel suları  poliqona yığılan məişət  tullantılarını, şüşə, plastik   butulkaları və polietilen torbaları  ətrafa  səpələyərək, fəsadlar yaratmışdır.

Qeyd  edək ki, əraziyə  texnika və  canlı  qüvvə  cəlb olunaraq aparılan təxirəsalınmaz tədbirlər nəticəsində  ətrafa səpələnən   şüşə, plastik  butulkalar, məişət  və digər  tullantılar  texnika  vasitəsilə  təmizlənir.Təmizlik  maşınlarının  poliqona rahat  şəkildə giriş-çıxışı üçün lazımi şərait yaradılır.

Xatırladaq ki,  poliqonda  təmizlik, səliqə-sahman  işləri  gündəlik olaraq aparılacaq.

 

 

 

 

 

****
21 may

15:30

Azadsöz.az xəbər verir ki,
ötən həftə ərzində davamlı olaraq yağan güclü leysan yağışları nəticəsində Göyçay rayonunun  Qarabaqqal  kənd  ərazində  yerləşən məişət tullantılarının toplandığı poliqona  gedən  yol  iflic olmuşdur. Sel suları  poliqona yığılan məişət  tullantılarını, şüşə, plastik   butulkaları və polietilen torbaları  ətrafa  səpələyərək, fəsadlar yaratmışdır.

Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Sanitar-Təmizlik  Sahəsi tərəfindən yaranmış  problem qısa zamanda aradan qaldırılıb. 

Belə ki,  əraziyə  texnika və  canlı  qüvvə  cəlb olunaraq aparılan təxirəsalınmaz tədbirlər nəticəsində  ətrafa səpələnən   şüşə, plastik  butulkalar, məişət  və digər  tullantılar  texnika  vasitəsilə  təmizlənib.Təmizlik  maşınlarının  poliqona rahat  şəkildə giriş-çıxışı üçün lazımi şərait yaradılıb.

Qeyd  edək ki, poliqon ərazisində təmizlik  işləri  mütəmadi olaraq aparılır.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov