Azadsöz.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq hadisələri törədən İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onlar müxtəlif vaxtlarda 8 mənzildən dəyəri 5000 manat olan məişət və elektrik avadanlıqları oğurlayıblar.
Maddi sübutların bir qismi saxlanılanlardan aşkarlanıb, araşdırmalar davam etdirilir.