Göyçay rayonunda yaşıllıqların artırılması və ətraf mühitin sağlamlaşdırılması məqsədi ilə mövsümə uyğun olaraq ağacəkmə aksiyası davam etdirilir.
Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir İdarəsinin işçi kollektivi tərəfindən 12 fevral 2024-cü il tarixində Heydər Əliyev prospektində yolu boyunca növbəti ağacəkmə aksiyası keçirilib.
İlkin olaraq əkiləcək 158 ədəd Eldar şamının və küknar ağacının yerləri müəyyənləşdirilərək çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi işləri həyata keçirilib.Yeni əkilən ağaclar suvarılaraq aqrotexniki qulluq göstərilib.
Xatırladaq ki, prospektin müəyyən olunmuş hissələrinə qeyd olunan ağacların əkilməsi işləri davam etdiriləcək.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov