27 İyul 2024 08:29

Xaçmazda baş həkim vəfat etdi

Azadsöz.az xəbər verir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov dünyasını dəyişib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Bildirilib ki, baş həkim bu gün səhər saatlarında kəskin ürək çatışmazılığı səbəbindən həyatını itirib.

Qeyd edək ki, L.Abasov 2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.