18 May 2024 14:23

Cavanşir Quliyevin əməliyyatı uğurla bitib

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.

Azadsöz.az xəbər verir ki, bunu Vəsilə Vahidqızı bildirib.

***

“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.

Azadsöz.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkədə yazıb.

“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, – deyə V.Vahidqızı bildirib.

Qeyd edək ki, Cavanşir Quliyev fevralın 5-də Türkiyədə xəstəxanaya yerləşdirilib.