16 Sentyabr 2024 23:39

“Səyyar qəbul otağı” Qarabağlar kəndində sakinlərin ixtiyarına verildi -FOTOLAR

Azadsöz.az xəbər verir ki,  13 iyul  2023-cü il tarixdə Göyçay rayon İcra  Hakimiyyətinin  başçısı Natiq  Ağayev  Göyçay rayonunun Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Qarabağlar kəndində  səyyar qəbul  keçirdi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri çıxış edərək  Qarabağlar  kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.İcra  başçısı bildirib ki, kəndlərdə  mövcud  olan  bələdiyyələr büdcə vəsaitlərini   vaxtlı-vaxtında  yığılmasını və  yığılan vəsaitin  məqsədyönlü  şəkildə xərclənməsini  təmin  etməlidir.

Daha sonra Şəhadət kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Seyidov  çıxış  edərək  Qarabağlar kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.


Səbuhi  Eltonlu 


Gülşən  Muradova