19 Sentyabr 2024 04:58

Göyçay 3 saylı orta məktəbdə Bilik günü keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 16 sentyabrda  respublikamızın hər yerində olduğu kimi Göyçay  şəhər Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə Bilik günü keçirildi.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru İlqar Rüstəmov Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə məktəbin şagird və müəllim kollektivlərini, valideynləri təbrik edib. Bu gün ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə təhsillərində uğurlar diləyib .2024 – 2025 ci tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıb.Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

Tədbir bədii hissə ilə davam etdirilib. Məktəbin şagirdlərinin ifasında mahnılar, birincilərin çıxışları tədbiri rəngarəng və yaddaqalan edib.

Sonra yeni dərs ilinin ilk zəngi çalınıb. Birincilər müəllimləri ilə birlikdə məktəbə daxil olaraq öz siniflərində yerlərini tutdular.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com