16 Sentyabr 2024 23:49

Azərbaycanda boşananların sayı nikaha girənlərdən daha çoxdur

Azadsöz.az xəbər verir ki,  Azərbaycanda boşanmaların sayı artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 19381 nikah və 9040 boşanma halları qeydə alınıb.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artmışdır.