19 Sentyabr 2024 04:53

Samuxda talvar və ot bağlaması yandı

Azadsöz.az  xəbər  verir  ki, rayonun Çobanabdallı kəndində yanğın hadisəsi  baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Samux  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, həyətyanı sahədə yığılan 14 ton ot bağlamasının 8 tonu, yaxınlıqda ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 20 ton ot bağlamasının 11 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com