19 Sentyabr 2024 05:15

Paşinyan Gürcüstana getdi

Azadsöz.az xəbər verir ki, Ermənistanın Baş nazir Nikol Paşinyan Gürcüstana rəsmi səfərə gedib. 

Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook” səhifəsində yazıb. 

Paşinyanla Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında təkbətək söhbət baş tutacaq, daha sonra müzakirələr geniş tərkibdə davam etdiriləcək.

Ermənistan və Gürcüstanın baş nazirləri müzakirələrin nəticələrinə əsasən bəyanatlarla çıxış edəcəklər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com