19 Sentyabr 2024 05:17

Lənkəran Dövlət Universitetində Bilik günü”-nə həsr olunmuş tədbir keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) yeni-2024-2025 tədris ilinin başlanması münasibətilə bütün tədris korpuslarında tədbirlər keçirilib.

2 saylı tədris korpusunda keçirilən tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib. Universitetin rektoru I tədris ili tələbələrinə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, universitetdə lazımi qayğı ilə əhatə olunacaqlarını deyib.

Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən söz açarkən yeni fakültənin, ixtisasların açılmasını, yeni tədris korpuslarının, tələbə yataqxanalarının inşasını, modern tədris laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, ixtisaslaşmış elmi kadrların hazırlanmasını universitetin inkişafında mühüm istiqamət kimi dəyərləndirib.

Prof. Natiq İbrahimov oğlanlar üçün 250 yerlik, qızlar üçün 160 yerlik tələbə yataqxanalarında hər cür şəraitin yaradıldığını valideyn və tələbələrin diqqətinə çatdırıb. Rektor bütün tələbə və müəllimlərə yeni tədrsi ilində uğurlar arzu edib.
Sonra professor Natiq İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşərək arzu və təkliflərini dinləyib, auditoriyalara baş çəkib.

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com