Azadsöz.az xəbər verir ki, 16 sentyabrda respublikamızın hər yerində olduğu kimi Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində də “Bilik günü”-nə həsr olunmuş tədbir keçirilib.
Tədbir öncə dövlət himninin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra, ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan kollecin direktoru Ramil Vəliyev qonaqları salamlayaraq,tələbə və müəllim heyyətinə yeni tədris ilində uğurlar arzulayıb.
DİM Göyçay Regional bölməsinin müdiri Qədirov Elnur,kollecimizin şəhid məzunu Ömərli Kənanın anası Məhluqə xanım və digərləri çıxış edərək yeni qəbul olunmuş tələbələri təbrik etdilər.Tədbirin sonunda kollecə yüksək balla qəbul olunmuş tələbələr hədiyyələrlə mükafatlandırıldılar.